Yüzlərlə kitabları, müəllifləri, eləcə də müxtəlif nəşriyyatları bir araya gətirən, insanlara ən yeni kitablarla tanış olmaq, müəlliflərlə həmsöhbət olmaq, imza günlərində iştirak etmək imkanı yaradan həmin sərgidə Eduventos - onlayn təhsil platforması xüsusi stendlə təmsil olunmuşdur. Sərgi çərçivəsində iştirakçılara platformanın təqdim etdiyi imkanlar haqqında məlumat verilmiş, praktik nümunələr təqdim edilmişdir. Qeyd edək ki, platformanın imkanları iştirakçılar tərəfindən maraqla qarşılanmış, yerində abunəlik əldə edərək sınaqdan keçirilmişdir. Şagirdlərin marağı, valideynlərin məmnunluğu bizim üçün motivasiyadır!